Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilmişdir.

08 sentyabr 2018 | 16:00

2018-ci il sentyabr ayının 8-də Göyçayda bu il tam orta təhsili başa vuraraq ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilmişdir. 20 ilə yaxındır ki, ənənəvi olaraq hər il keçirilən bu tədbir əvvəlkilərdən xeyli fərqlənmişdir. İlk dəfə olaraq açıq məkanda – Göyçay şəhər mədəniyyət və istirahət parkında keçirilən bu tədbirə tələbələr və məktəb rəhbərləri ilə yanaşı qabaqcıl müəllimlər, təhsilin inkşafında xidmətləri olan veteran təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri,  2017-2018-ci dərs ilində fənn olimpiadalarında respublika miqyaslı müsabiqələrdə, bilik yarışlarında yüksək nəticələr əldə etmiş şagirdlər də dəvət olunmuşdular.
Tədbir iştirakçıları əvvəlcə şəhidlər xiyabanını, 31 mart azərbaycanlıların soyqırımı abidə-kompleksini, “Əbədiyaşar ədiblər” kompleksini ziyarət etmiş, abidələr önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirin aparıcısı görüşü açaraq bu il ali məktəblərə qəbul olunan tələbələri təbrik edərək qeyd etmişdir ki, bu il ali məktəblərə qəbul əvvəlki illərə nisbətən daha uğurlu olmuşdur. Ali məktəblərə qəbul olunan tələbələrdən 25 nəfər 600 baldan yüksək nəticə göstərmişdir. Test üsulu ilə qəbul imtahanlarının keçirildiyi 26 il ərzində rayon məktəblilərinin əldə etdiyi ən yüksək nəticə 693 bal olmuşdur. Bu il Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbin məzunu Qədirli  Şəkər Nail qızı rayon məktəbliləri arasında ilk dəfə maksimum nəticə əldə etmiş, 700 bal toplamışdır.
Sonra 2018-ci il ali məktəblərə qəbulun nəticələri barədə Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılov məlumat verərək məzunları təbrik etmişdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxışında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsilimizə göstərilən dövlət qayğısının, uğurlu təhsil siyasətinin ölkə prezidenti İlham Əliyev tərəfindən dönmədən davam etdirilməsindən danışmışdır. Natiq qeyd etdi ki, təhsilimiz yüksələn xətlə irəliləyən sənayemiz, kənd təsərrüfatımız, ümumiyyətlə iqtisadiyyatımızla həmahəng inkişaf edir. Sonra o, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-700 bal toplayan məzunlara rayon icra hakimiyyəti adından hədiyyələr təqdim etdi. Həmçinin, Mehdi Səlimzadə rayon Təhsil şöbəsinin Fəxri Fərmanı ilə təltif edilmiş qocaman təhsil işçilərini – Atəş Salahovu, Qurban Qurbanovu, Xələf İsrəfilovu, Müzəffər Məmmədovu, Fəxri Fərman almış qabaqcıl müəllimlərdən Ziyafəddin Cəbrayılovu, Rübabə Şərifovanı, Kifayət Abdullayevanı təbrik etdi. Tədbirdə 2017-2018-ci tədris ilində yüksək nəticələr əldə etmiş şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Qarakişi Quluzadə, Mallı-şıxlı kənd orta məktəbin 10-cu sinif şagirdi Nihat Fərzəliyev rayon icra hakimiyyətinin başçısı tərəfindən mükafatlandırıldı.
Ali məktəblərə qəbul olunan tələbələr adından çıxış edən Qədirli Şəkər, Süleymanov Hüseyn, Muradova Dürdanə əldə etdikləri uğurlarda müəllimlərin böyük əməyi olduğunu vurğulayaraq minnətdarlıqlarını bildirdilər.
Məktəb direktorları adından çıxış edən Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin direktoru Sevda Vəliyeva rayonda ilk dəfə 700 bal toplamış Qədirli Şəkərin rəhbərlik etdiyi məktəbin məzunu olmasından qürur duyduğunu qeyd etməklə, kollektivin bundan sonra daha böyük məsuliyyət hissi ilə çalışacağını bildirdi.
Tədbirdə rayon məktəbliləri, rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış etmişdir. Respublikanın əməkdar artisti, muğam və mahnılarımızın mahir ifaçısı Gülüstan Əliyevanın çıxışı bayram ovqatlı tədbirə xüsusi rəng qatmış və alqışlarla qarşılanmışdır.

Keçidlər