Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda tədbir keçirilib.

02 mart 2018 | 16:00

Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti Başçısı cənab Mehdi Səlimzadə, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin bədən tərbiyə müəllimləri və gənclər iştirak edirdilər. 
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük  ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev açaraq qeyd etdi ki, “05 mart Bədən tərbiyəsi və İdman günü” Prezident İlham Əliyevin “bədən tərbiyəsi və idman günü” təsis edilməsi haqqında 05 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir və buda təsadüfi deyil. Məhz 1995-ci ilin martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionlarının qalibləri və mükafatçıları ilə görüşüb. Ulu öndər həmin gün “İdman Fondu” nu təsis etdiyi vurğulandı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Rayon idmançılarının qazanmış olduğu uğurlar barədə rayon Gənclər və İdman İdarəsinin rəisi Elxan Şirinov məlumat verdi. Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Sənan Əsədov, veteran idmançı İ.Həsənov rayonumuzda da idman sahəsinə və idmançılarımıza göstərilən diqqət və qayğıdan  danışırdılar.
Rayon icra hakimiyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək “Azərbaycan çempionu” olmuş idmançılarımızı təbdrik etdi. Ölkədə keçirilmiş “1-ci Avropa Olimpiya İdman oyunun, “İslam ölkələri”, “Formula 1” idman yarışlarının ölkədə keçirilməsi idmanın inkişafına böyük önəm olmasını vurğuladı. 
Sonra idman yarışlarında çempion olmuş idmançılar mükafatlandırıldı.
Yekunda tədbir idmançıların paradı ilə yekunlaşdı.

 

Keçidlər