Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib.

12 dekabr 2017 | 16:00

Dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Göyçay şəhərində izdihamlı anım mərasimi olub.
Rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamları barədə məlumat verib. O, iftixar hissi ilə bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.
Sonra “Qurani-Kərim”dən surə və ayələr oxunub, rayonun məscidlərində Ümummilli Liderin ruhuna dualar edilib.

Keçidlər