Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon ictimaiyyətinin, ziyallılarının və rayon dindarlarından ibarət bir qrup nümayəndə Cocuq Mərcanlını ziyarət ediblər.

07 avqust 2017 | 16:00

05 avqust 2017-ci il tarixdə rayon ictimaiyyətinin, ziyallılarının və dindarlarından ibarət bir qrup nümayəndə heyəti Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
Nümayəndə heyəti ilk öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyinin şahidi olublar. Nümayəndə heyətini qarşılayan kənd sakinləri yaşayış evlərinin inşa edilməsinə, «Böyük Qayıdış»ın başlanmasına görə ölkə prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmiş, tezliklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına və bu cür görüşlərin digər rayonlarımızda da keçiriləcəyinə əminliklərini ifadə etmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti yeni inşa olunmuş Şuşa məscidində vəhdət namazı qılmışlar.
Sonra səfər iştirakçıları Fizuli rayonunun Alıxanlı kəndində erməni faşistləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın və onun nənəsinin qəbrini ziyarət etmişlər.
Ziyarət zamanı ölkəmizdə mövcud olan firavanlığın və sülh şəraitinin əbədi  olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması  üçün dualar ediblər.

Keçidlər