Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Maarifləndirmə

İctimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının müvafiq Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur.
Bu baxımdan ictimai iştirakçılıq dövlət siyasətinin demokratiklik, şəffaflıq, aşkarlıq, humanistlik kimi prinsiplərinin həyata keçirilməsi,strateji hədəflərin məqsəd və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması, idarəietmə prosesində maraqlı tərəflərin iştirakının təmin edilməsi istiqamətində yeni mərhələdir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsinə, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakının təmin edilməsinə yeni nəfəs gətirdi, impuls verdi.
Vətəndaşların dövlət idarəetmə prosesində yaxından iştirakı, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirəcək, ictimaiyyətlə məsləhətləşmələr, ictimai müzakirələr və ictimai dinləmələr, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması ictimai nəzarətin təşkilinə və tətbiqinə öz layiqli töhvəsini verəcəkdir.

Keçidlər