Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Müskürlü kəndində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirilib

21 dekabr 2021 | 16:00

 21 dekabr 2021-ci il tarixdə Göyçay rayonunun Müskürlü kəndində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Çıxış edənlər böyük mütəfəkkirin insanlığı kamilliyə səsləyən, böyük türk mədəniyyətinin formalaşması istiqamətində təbliğ etdiyi dəyərli ədəbi yaradıcılıq nümunələrinin əsas məziyyətləri barədə qiymətli fikirlər səsləndiriblər.
  Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il ölkəmizdə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunub.
  Sonra məktəblilərin hazırladığı Nizaminin ədəbi irsini əks etdirən seçmələr, habelə böyük mütəfəkkirin şəxsi həyatı ilə bağlı ayr-ayrı məqamları əks etdirən səhnəciklər, ədəbi-bədii kompozisiya nümayiş 
olunub.
Tədbir karantin qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər