Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

09 dekabr 2021 | 16:00

 09 dekabr 2021-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin sədrliyi ilə keçirilən müşavirədə rayonda aparılan peyvəndlənmə prosesinin vəziyyəti və digər cari məsələlər müzakirə edilmişdir.
  Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirak geniş tərkibdə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi addımlar atılır.
  Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərin əhəmiyyətliyini vurğulayan rayon rəhbəri qabaqlayıcı tədbirlərin daha ciddi davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı və bildirdi ki, bu günkü müşavirənin keçirilməsində əsas məqsəd əhali arasında kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması, eyni zamanda ölüm riskinin azaldılması olan vaksinasiya prosesinin sürətləndirilməsidir.
  Vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
  Müşavirədə digər cari məsələlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Keçidlər