Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ölməzliyi” adlı tədbir keçirilib

08 dekabr 2021 | 16:00

 08 dekabr 2021-ci il tarixdə Rayon İcra Hakimiyyəti, Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay Uşaq Musiqi Məkətbinin akt zalında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ölməzliyi” adlı tədbir keçirilmişdir.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak edirdilər.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ilin “Nizami Gəncəvi ili” elan edilməsi və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi də əsrlərdən süzülüb gələn ümid işığının harmoniyası, xeyirin şərə qalibiyyəti olması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, “Nizami Gəncəvi ili”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi 44 günlük Vətən müharibəsində xeyirin şər üzərində qələbə çalması Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir.
  Rayonun mədəniyyət işçiləri dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompoziyasının tədbir iştirakçılarına nümayiş etdirmiş, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sindən səhnəciklər göstərilmiş və sözünə bəstələnmiş romanslar ifa olunmuşdur.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır.
Nizami Gəncəvinin bundan sonrakı yubiley tədbirləri Mədəniyyət Mərkəzimiz azad Şuşamızda da keçiriləcək, sevgisi ilə mənəvi dünyamızı hifz edən Nizaminin nigaran ruhu Xeyirin böyük qələbəsindən sonra səmada xoşbəxtliklə pərvaz edəcək, Nizami misralarının əsrlərdən gələn səsi bundan sonra da firavanlığın, nicatın yolunu göstərəcək.
  Sonda Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon şöbəsinin kollektivinə təşəkkürnamə təqdim edilmişdir.

Keçidlər