Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

Şəhid Rüstəm Məmmədovun ildönümü dəfn olunduğu Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu

22 noyabr 2021 | 16:00

 Noyabrın 22-də Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rüstəm İbrahim oğlu Məmmədovun ildönümü dəfn olunduğu Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhidin ailə üzvləri, şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
  Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı və qeyd olundu ki, şəhid Rüstəm Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə "Vətən uğrunda" “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
İldönümü tədbirində “Cəsur döyüşçü” medalı şəhidin anasına təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Keçidlər